Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, artıq oğlanlarda sərbəst güləş yarışları başa çatıb.
Millimiz bu yarışdan iki qızıl və bir bürünc medal qazanıb. Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə bürünc medala layiq görülüb.
Bunlardan dünya çempionumuz Turan Bayramovun yolu 1/4 finalda Ermənistan idmançısı ilə kəsişib. İdmançımız rəqibini 8:4 hesabı ilə məğlub edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !