Dünya NASA-dan gələcək "Mars" açıqlamasını gözləyir

18:53 | 28.09.2015
Dünya NASA-dan gələcək

Dünya NASA-dan gələcək "Mars" açıqlamasını gözləyir

NASA bugün 18.30-da Marsda yaşayışın olub-olmamasına dair toplantı təşkil edəcək. Konfransı Lujendra Ojhanın spikerlik edəcəyi Marsda yaşantının olmasının işarəsi kimi qəbul edilir.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, NASA ABŞ-ın paytaxtı Vaşinqtondakı mərkəzi ofisində gerçəkləşdirəcəyi konfrans tarixi tədbir kimi yaddaşlarda qalacaq. İlkin məlumatlara görə, NASA toplantıda Marsda su və həyat işarəsi tapıb-tapmadıqlarına dair açıqlamalar veriləcəyi gözlənilir. Eyni zamanda, tədbirdə indiyə qədər sirr kimi saxlanılan Marsın qərb hissəsi haqqında ilk məlumatlar veriləcəyi bildirilir.

Əslən hind olan Lujendra Ojha elm adamı hələ 2011-ci ildə Mars kraterləri əks olunan fotoları incələmiş, daha isti mövsümlərdə planetdə isti suyun axdığına dair iddialar irəli sürmüşdü. O, suyun axdığı vadilərin olduğunu bildirmişdi. 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM