• $ 1.7
  • € 1.9345
  • ₽ 0.020578
  • ₺ 0.0442
  • £ 2.2777

Dünya şahmatının liderləri Şəmkirə gəlir

Dünya şahmatının liderləri Şəmkirə gəlir
05.04.2018 14:00
Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi V beynəlxalq superturnir keçiriləcək. 

Anews.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə keçirilən XXI kateqoriyalı Vüqar Həşimov Memorialında bu dəfə də FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq.

Turnirin Təşkilat Komitəsi artıq iştirakçıların siyahısını dəqiqləşdirib. Superturnirdə şahmat üzrə hazırkı dünya çempionu, ShamkirChess turnirinin ikiqat qalibi, FİDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2843), sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya, 2792, FİDE reytinqində IV yer), sonuncu İddiaçılar Turnirinin iştirakçısı, Çin təmsilçisi Dinq Liren (2778, FİDE reytinqində VIII yer), Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya, 2778, FİDE reytinqində IX yer), Hollandiya şahmatının lideri Aniş Qiri (2777, FİDE reytinqində X yer), FİDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2749) və çexiyalı David Navara (2745) iştirak edəcək.

Azərbaycanı Vüqar Həşimov Memorialında ShamkirChess superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FİDE reytinqində II pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2814), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2748) və üçqat Avropa çempionu, blits üzrə Avropa çempionu Rauf Məmmədov (2704) təmsil edəcək.

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 turnirinin təntənəli açılış mərasimi aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Doqquz turdan ibarət yarışa aprelin 28-də yekun vurulacaq.

Xatırladaq ki, 2014 və 2015-ci illərdə yarışın qalibi dünya çempionu Maqnus Karlsen olub. Son iki turnirdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov I yeri tutub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu olub
İdman 22:00
“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu olub
Zelim Kotsoyev Avropa çempionatında gümüş medal qazanıb
İdman 19:47
Zelim Kotsoyev Avropa çempionatında gümüş medal qazanıb
UEFA Roma Papasını bir dəqiqəlik sükutla yad edəcək
İdman 16:57
UEFA Roma Papasını bir dəqiqəlik sükutla yad edəcək
"Qarabağ" finala vəsiqə qazanıb
İdman 20:26
"Qarabağ" finala vəsiqə qazanıb
Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib
İdman 20:31
Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib
Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək
İdman 10:03
Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək
Qazaxıstanda marafon iştirakçıları yarış zamanı dünyasını dəyişib
İdman 23:30
Qazaxıstanda marafon iştirakçıları yarış zamanı dünyasını dəyişib
“Zirə” 3 xalı 3 qolla qazandı
İdman 22:30
“Zirə” 3 xalı 3 qolla qazandı
Azərbaycan güləşçisi ermənistanlı rəqibinə qalib gələrək finala çıxıb
İdman 20:01
Azərbaycan güləşçisi ermənistanlı rəqibinə qalib gələrək finala çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol