NASA-nin Marsda isti aylarda duzlu suyun axması ilə bağlı iddiasından sonra müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən olan Stiven Hokinq qorxulu açıqlama ilə çıxış edib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İspaniyanln "El Pais" qzəetinə açıqlamasında Hokinq "əgər yadplanetlilər bizi ziyarət etməyi düşünərsə, nəticə elə də ürəkaçan olmayacaq. Bunu müqayisə etmək üçün Kolumbun Amerika torpaqlarına ayaq basması hadisəsini yada salmaq kifayətdir. Bu hadisədən sonra amerikalılar üçün vəziyyət o qədər də yaxşı olmamışdı".
Stiven Hokinq qeyd edib ki, qeyri-adi yaradılışlar kəşf etdiyi planeti işğal etmək istəyəcəklər: "Bu zaman Yer planetinin əhalisi də yadplanetlilərin kaloniyasına çevrilə bilər".
20 yaşlarından amiotrofik yan skleroz (mərkəzi əsəb sisteminin xəstəliyi, bel və uzunsov beyinin zədələnməsi. - red.) xəstəliyindən əziyyət çəkən alim yadplanetlilərini varlığına heç bir şübhə olmadığını qeyd edib. O, əlavə edib ki, insanlığın gələcəyi yeni bir planetin kəşf olunmasından asılıdır: "Dünyanı yox edəcək fəlakət riski günü-gündən artır. Bu səbədən kosmik uçuşların önəmi haqqında fərqlilik yaratmaq istəyirəm. Çox irəli baxmamağı, indiki zamana köklənməyin vacibliyini vurğulamaq istəyirəm. Görəsi işlərim çoxdur".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !