Dünyaca məşhur bankın 5 işçisi İŞİD-çı obrazına girdi

23:00 | 07.07.2015
Dünyaca məşhur bankın 5 işçisi İŞİD-çı obrazına girdi

Dünyaca məşhur bankın 5 işçisi İŞİD-çı obrazına girdi

HSBC bankının işçiləri İŞİD-in edam videolarndakı görüntüləri öz aralarında səhnələşdirib sosial şəbəkəyə qoymaları qalmaqal yaradıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bankda çalışanlar bu hərəkətlərinə görə iş yerlərini itiriblər.

Bir nəfər qurban rolunda, digər 4 nəfər isə təkbir səsilə "məhkum"un başını kəsmək istədiyi terrorçu rolunda olduğu 8 saniyəlik video "İnstagram"a yerləşdirilib. Qısa müddətə video qaldırılsa da, bu video "The Sun" qəzetinin diqqətini cəlb edib və bunu xəbərə çevirib. Bundan sonra HSBC bankının rəhbərliyi həmin 5 nəfəri işlərindən azad ediblər. Rəhbərlik belə bir açıqlama ilə çıxış edib: "Bu cür uyğunsuz davranışlara qarşı dözümlü ola bilmərik. "The Sun" qəzetind xəbəri görən kimi həmin işçiləri tutduqları vəzifələrindən azad etdik. Bu mənfur video üçün HSBC adından üzr istəyirik".

Nuray


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM