Dünyada 300 milyona yaxın narkotik istifadəçisi var - BMT

17:36 | 27.06.2024
Dünyada 300 milyona yaxın narkotik istifadəçisi var - BMT

Dünyada 300 milyona yaxın narkotik istifadəçisi var - BMT

Hazırda dünyada 300 milyona yaxın narkotik istifadəçisi var. Bu barədə BMT-nin Cinayət və Narkomaniya ilə Mübarizə Agentliyinin (UNODC) illik Ümumdünya Narkotik Hesabatında qeyd olunub. 

Hesabata görə, 2022-ci ilə qədər olan on illikdə qeyri-qanuni narkotikdən istifadə edənlərin sayı 292 milyon nəfərə çatıb. 

Dünyada 60 milyon insan opioid, 30 milyon insan  amfetamin, 23 milyon insan kokain, 20 milyon insan isə ekstazdan istifadə edir. 

Hesabatda bildirilir ki, 2022-ci ildə kokain istehsalı rekord həddə - 2757 tona çatıb ki, bu da 2021-ci ilə müqayisədə 20% çoxdur.
 
Azərbaycanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatına görə, 2023-cü ildə dispanser nəzarətində olan narkomanların sayı 36 min 659 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 1562 nəfər və ya 4,5% çoxdur. 

Ötən il narkoman qadınların sayı 230 nəfər artaraq 802 nəfər ə çatıb. 
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb