"24/7 Wall Street" internet saytı 10 fərqli kateqoriyada dünyanın ən çox satılan məhsullarının siyahısını təqdim edib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, siyahıya texnologiya sektorunun 4 məhsulu daxil olub. İlk onluqda "Apple"ın 2 texnoloji məhsulu düşməklə diqqət çəkib.
2007-ci ildən dünya bazarına qədəm qoymaqla bütün modellərinin toplam 516 milyon adəd satışı gerçəkləşdirən "iPhone" dünyada ən çox satılan telefonlar siyahısının başında gəlir.
"iPhone"dan sonra gələn məhsullar bunlardır:
- "Harry Potter" - 450 milyon ədəd satış rəqəmi ilə dünyada ən çox satılan kitab
- 1980-ci ildən indiyə kimi dünya bazarında özünəməxsus yer tutan "Rubik Kubu", yaxud "Kubik-Rubik" indiyə kimi 350 milyon ədəd satılan ən çox oyuncaq olub.
- "PlayStation" - 4 fərqli modelinin toplam 344 milyon ədədi satılıb.
- Video oyun şirkəti "Nintendo"nun 1981-ci ildə təqdim etdiyi "Super Mario" seriyasından toplam 262 milyon ədəd oyun satılıb.
- 211 milyon ədəd satılan "iPad" dünyanın ən çox satılan tableti adını qazanıb
- Maykl Ceksonun 1982-ci ildə hazırlanan "Thriller" musiqi albomunun indiyə qədər düz 70 milyon surəti satılıb.
- "Toyota" şirkətinin 1966-cı ildə bazara təqdim etdiyi "Corolla" modelinin satış göstəricisi bugünə qədər 40,7 milyon ədəd təşkil edir.
- Dünyanın məşhur dərman istehsalçısı "Pfizer" indiyə qədər 141 milyard dollarlıq "Lipitor" xolestrola qarşı həbini satıb.
- Altı "Star Wars" filmi toplamda 4,6 milyard dollar hasilat əldə edərək ən çox satılan film olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !