• $
  • €
  • ₽
  • ₺
  • £

ADY sədri: Limanların rəqabət qabiliyyəti əməkdaşlıq və rəqəmsallaşmadan asılıdır

ADY sədri: Limanların rəqabət qabiliyyəti əməkdaşlıq və rəqəmsallaşmadan asılıdır
09.09.2026 10:30

Limanların rəqabət qabiliyyətinin artırılmasında yalnız infrastrukturun və yük aşırma imkanlarının genişləndirilməsi deyil, qurumlararası əməkdaşlıq və rəqəmsal inteqrasiya da mühüm rol oynayır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bunu Asiya və Sakit Okean Hövzəsi üzrə Qarşılıqlı Əlaqə və Etimad Tədbirləri üzrə Məşvərət (CICA) çərçivəsində keçirilən Liman Qurumlarının I İclasında çıxışı zamanı bildirib.

Rüstəmov qeyd edib ki, müasir dövrdə limanların səmərəli fəaliyyəti digər limanlarla koordinasiyadan, sistemlərin inteqrasiyasından və rəqəmsal məlumat mübadiləsindən birbaşa asılıdır.

O, regional əməkdaşlığın inkişafı baxımından üç əsas istiqaməti önə çəkib. Bunlar uzunmüddətli institusional əməkdaşlığın qurulması, CICA-ya üzv limanlar arasında qabaqcıl təcrübələrin bölüşülməsi, həmçinin rəqəmsallaşma və real vaxt rejimində məlumat mübadiləsinin genişləndirilməsidir.

ADY sədri tərəfdaş qurumlar arasında məlumat təhlükəsizliyinin təmin olunmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, effektiv informasiya mübadiləsi mexanizmlərinin yaradılması ilə yanaşı, əməkdaşlığın konkret və real nəticələr verən layihələrə çevrilməsi əsas məqsədlərdən olmalıdır.
 

Aytac

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol