Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Türkiyə ilə Qətər arasında beş saziş və anlaşma memorandumu imzalanıb.Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
İmzalanan sənədlər istehlakçıların hüquqlarının müdafiəsi, bazar nəzarəti və yoxlanışı, sülh və münaqişələrin həlli sahələrində əməkdaşlığı, eləcə də təhsil sahəsini əhatə edir.
Bundan başqa, tərəflər Türkiyə ilə Qətər arasında Yüksək Strateji Komitənin 12-ci iclasının Birgə Bəyannaməsini və qarşılıqlı müdafiə sazişini imzalayıblar.
Sənədlərin imzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin görüşündən sonra keçirilib.
























