Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb

Hindistanın Assam ştatında konteyner daşıyan yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində azı 23 nəfər ölüb.Bu barədə Hindistan mediası məlumat yayıb.
Məlumata görə, avtobusda məktəblilər də daxil olmaqla 35-dən çox sərnişin olub. İlkin ehtimala görə, avtobus yüksək sürətlə hərəkət edib.
“Avtobus parkın yaxınlığında tətbiq olunan məhdudiyyətləri pozaraq çox yüksək sürətlə hərəkət edirdi. Hesab edirik ki, qəza sürücünün idarəetməni itirməsi və avtobusun konteyner daşıyan yük maşını ilə toqquşması nəticəsində baş verib”, - yerli hakimiyyət orqanlarının nümayəndəsi bildirib.
























