"Son illərdə ən yüksək münaqişələr görürük. İqlim risklərini hesablamalıyıq. Bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Münaqişə olan zonalarda risklər daha çoxdur. Bəzi qiymətləndirməyə görə 200 milyon insan məcburi köçkün olacaq. Hətta münaqişələr yüksək sürətlə davam edərsə bu say 1.2 milyard insana təsir edə bilər. İldən ilə münaqişələr artır",- o çıxışında bildirib.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günü keçirilir.
Gülnar Nazimqızı
Bizi sosial şəbəkələrdə izləyin !