Dünyanı dəhşətə gətirən təyyarə QƏZALARI

17:00 | 19.03.2016
Dünyanı dəhşətə gətirən təyyarə QƏZALARI

Dünyanı dəhşətə gətirən təyyarə QƏZALARI

Bu gün daha bir sərnişin təyyarəsi qəzaya uğrayıb.

AzVision.az xəbər verir ki, Rusiyanın Rostov şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 61 nəfər həlak olub.

"Flydubai” aviaşirkətinə məxsus "Boeing-738” təyyarəsi aeroporta eniş edərkən qəzaya uğrayıb. Yayılan ilkin məlumatalara əsasən, təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib. Təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşları, ekipaj üzvləri isə xaricilər olub.

Qəzadan sonra hadisə yerində güclü yanğın başlayıb. Ölənlər arasında uşaqların da olduğu qeyd edilir. Təyyarənin Dubay - Rostov marşrutu üzrə uçduğu bildirilir.
 
 
 

Son vaxtlar təyyarə qəzalarının tez-tez baş verməsi tarixə nəzər salmağa məcbur edir. Tarixdə indiyə kimi bir neçə dəfə dəhşətli təyyarə qəzaları baş verib.

1977-ci il, martın 27-də aviasiya tarixinin ən böyük qəzası baş verib. İspaniyanın Tenerife adasının aeroportunda ABŞ-ın "Pen Ameriken” və Niderlandın "Kral Aviasiya Kompaniyası”nın təyyarələri toqquşub. Qəza nəticəsində 583 şərnişin həlak olub.
 
 
 

Həlak olanların sayına görə ikinci ən böyük təyyarə qəzası 12 avqust, 1985-ci ildə Yaponiyada baş verib. Göyərtəsində 520 sərnişin olan "Boinq 747” təyyarəsi Fudji dağının ətəyinə düşüb. 

Təyyarə Yaponiya aviaşirkətinə məxsus olub. Araşdırmalar zamanı məlum olub ki, qəzaya təyyarənin nasaz olması səbəb olub. Qəzadan cəmi dörd nəfər sağ qalıb. 

11 il sonra, 12 noyabr 1996-cı ildə Hindistan paytaxtı Dehli üzərində Qazaxstan hava yollarına məxsus "İl-76” ilə Səudiyyə Ərəbistanına məxsus Boinq 747” təyyarəsi toqquşub. Hadisə zamanı 349 nəfər həlak olub. 

1974-cü ilin martın 3-də Orli hava limanında (Paris, Fransa) "Türk Hava Yolları”na məxsus "DC-10” təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı 346 nəfər ölüb. Qəzaya səbəb təyyarənin yük hissəsinda hava yaranan nasazlıq olub. 

19 avqust 1980-cı ildə "Saudi Arabian Airlines” aviaşirkətinə məxsus "Lockheed L1011 TriStar 200” təyyarəsində yanğın baş verib və layner Ər-Riyad hava limanında təcili eniş edib. 

Elektrik avadanlıqlarında yaranan problemlə əlaqədar içəridən təyyarənin qapısının açılması mümkün olmayıb. Hadisə nəticəsində 301 nəfər dəm qazından boğularaq dünyasını dəyişib.
 
 
 

17 iyul 2014-cü ildə "Malayziya Hava Yolları”na məxsus "Boing 777” təyyarəsi Ukraynanın Donetsk vilayətində vurulub. Hadisə baş verən an təyyarənin göyərtəsində olan 295 nəfər ölüb.

19 fevral 2003-cü ildə Kerman şəhəri yaxınlığında əlverişsiz hava şəraiti nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusuna məxsus "İl-76MD” hərbi-nəqliyyat təyyarəsi dağa çırpılıb. Hadisə nəticəsində 275 nəfər həlak olub.

25 may 1979-cu ildə Çikaqo (ABŞ) şəhəri yaxınlığında "American Airlines”-a məxsus "DC-10” təyyarəsi qəzaya uğrayıb. Qəza zamanı 273 nəfər ölüb. 

12 noyabr 2001-ci ildə Nyu-Yorkda "American Airlines” aviaşirkətinə məxsus Airbus A300 təyyarəsi şəhərin Kuins rayonunda qəzaya uğrayıb. Hadisə 265 nəfərin ölümü ilə nəticələnib.

26 aprel 1994-cü ildə Naqoya (Yaponiya) aeroportunda "China Airlines” Airbus A300 təyyarəsi uçuş-eniş zolağında yerə çırpılıb. Hadisə nəticəsində 264 nəfər ölüb. Qəzaya səbəb ekipajın idarəetməni itirməsi olub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM