Rus milyarder Vladimir Potanin arvadı Nataliya ayrılmaq üçün ərinə qarşı 7,5 milyard dollarlıq təzminat iddiası qaldırıb. Əgər məhkəmə bu iddianı təmin edərsə, o zaman Potanin eks-cütlüyünün adı tarixə düşəcək.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, "İnterros”un sahibi olan Vladimir Potanın 15 milyard dollarlıq sərvətə sahibdir. Onu prezident Putinin yaxın dostu hesab edirlər. Dünyanın ən zəngin 60-cı şəxsi hesab olunan bu adam haqqın həddindən artıq şayiələr dolaşır və "off-shore” firmaları hesabına sərvətinin rəsmi qeydlərdə göstərildiyindən qat-qat çox olduğu deyilir.
Potaninin vəkili boşanma iddiası qaldıran Nataliyaya aylı 250 min dollar pul vəsaiti, Moskva, Nyu York və Londondakı bəzi firmaları təklif etsə də, o, buna razı olmayıb. "Sərvətin yarısını tanıyıram” deyən Nataliya evləndikdən sonra Vladimirin zəngin olduğunu əsas gətirib. Nataliya hesab edir ki, əgər 30 illik evlilikdən sonra ayrılırlarsa, "ən ədalətlisi də sərvətin yarısını mənə təhvil verməsidir. 30 illik ailə həyatından sonra ayrılmaq məni çox yarfaladı, Onu çox sevmişdim. Bu ayrılıq mənim üşün böüyk bir faciədir”.
Qeyd edək ki, dünyada bahalı boşanma faktları az deyil. ABŞ-ın ən zəngin 13-cü iş adamı və neft milyarderi Harold Hamm 10 ildir boşanmaq üçün vuruşduğu həyat yoldaşı Sue Ann 8,5 milyard dollar tələb edib. Sue bu ilin əvvəlində Haroldun təklif etdiyi 1 milyard dollarlıq təklifi rədd edib, məhkəmə çəkişməsi davam edir.
8,8 milyar dollarlıq sərvətə malik və dünyanın ən zəngin iş adamı hesab olunan 147-ci varlısı hesab olunan Dmitri Rybolovlev boşanan arvadı Yelenaya 4,5 milyard dollar ödəyəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !