Dünyanın ən çox silah alan ölkələri - SİYAHI

20:08 | 22.05.2015
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI

Dünyanın ən çox silah alan ölkələri - SİYAHI

Modern.az saytı xarici mətbuata istinadla silaha ən çox pul xərcləyən ölkələrin son siyahısını təqdim edir:

1. Səudiyyə Ərəbistanı -  Bu ölkə Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Avropanın bütün ölkələrini silah alış-verişində qabaqlayır. Səudiyyə Ərəbistanı 2014-cü ildə silah alınmasını 54 faiz artırıb. Buna səbəb ölkənin yaxın coğrafiyasında son illər baş verən hadisələr, qanlı müharibələr və indi dünyanın başağrısına çevrilən İraq-Şam İslam Dövləti terror qruplaşmasıdır. Rəsmi Ər-Riyad 2014-cü ildə silaha 9,9 milyard dollar pul xərcləyib.

2. Hindistan - Səudiyyə Ərəbistanından sonra ikinci pillədə qərar tutmasına baxmayaraq, Hindistan silaha ərəb şeyxlərindən az qala 5 milyard az pul xərcləyib. Buna baxmayaraq, dünyanın silaha ən çox pul verən ikinci ölkəsi adına sahiblənən Hindistanın xərclədiyi vəsait 5,57 milyard dollardır. Kəşmir probleminin hələ də aktual olduğunu xatırlatsaq, bu qədər pulun niyə xərcləndiyini başa düşmək olar.

3. Çin - Dünyanın ən çox əhalisi olan və ən güclü ordularından birinə sahib olan Çin isə silaha xərclənən pula görə yalnız bu iki dövlətdən geri qalır. Çin silah alınmasına 2,61 milyard dollar xərcləyib. İnqilablar atası Sorosun dediyinə inansaq, gələcəkdə ABŞ-la Üçüncü Dünya Müharibəsinə hazırlaşacaq Çinə bu silahlar yəqin ki, çox lazım olacaq.

4. Birləşmiş Ərəb Əmirlikləri - Bu dövlət haqqında bəhs etdik. Xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə BƏƏ-nin silaha verdiyi pul bütün Avropanın silaha xərclədiyi pulların ümumi miqdarından çoxdur. Şeyxlər ötən il silaha 2,21 milyard dollar xərcləyiblər. Bunun səbəbi isə nə zamansa "neft iyinə gələnlər”dən xilas olmaqdır.

5. Tayvan - Bu ölkə ötən il öz büdcəsinin 2,21 milyard dollarını silaha xərcləyib. Get-gedə potensialını artıran bu kiçik ölkənin hərbi nüfuzunu da inkişaf etdirməsi birmənalı sayılmamalıdır.

6. Avstraliya - Okeanın bütün dünyanın hərbə-zorbasından qoruduğu "yaşıl qitə” yenə də ehtiyatını əldən vermir. Avstraliya hökuməti ötən il silaha 2,03 milyard dollar pul xərcləyib.

7. Cənubi Koreya - Texnologiyanın hesabına iqtisadiyyatını sıfırdan quran və onu dünyanın ən gəlirli və öncül sıralarına çıxaran Cənubi Koreya öz hərbi nüfuzunu da qorumaqdan çəkinmir. Belə ki, hazırda dünyanın ən güclü ordusundan biri də bu ölkəyə məxsusdur. Öz qan qardaşları olan və hazırda tiranlıq rejiminin hökm sürdüyü Şimali Koreya ilə münaqişəni nəzərə alaraq ötən il silaha 1,91 milyard dollar xərclənib.

8. İndoneziya - Dünyanın ən güclü ordularından birini yetişdirməyə çalışan və ildən-ilə buna nail olan İndoneziya silaha ən çox pul xərcləyən ölkələrin ilk onluğunda qərar tutub. İndoneziya ötən il öz ordusu üçün 1,87 milyard dollarlıq silah alıb. Bu rəqəmlə başda ABŞ olmaqla bir sıra güclü dövlətləri qabaqlayır.

9. Türkiyə - Qardaş ölkə də bu siyahının ilk onluğunda yer alır. Türkiyənin müdafiə xərclərini ildən-ilə artırması göz önündədir. Bu, bəzən narazılıqla da qarşılanır. Amma PKK kimi bir problemi olan ölkənin ötən il 1,54 milyard dollarlıq  silah alması təbii haldır.

10. Pakistan - Azərbaycana ən yaxın dövlətlərdən biri olan Pakistan dünyada ən güclü ordu və agent məktəblərindən biri kimi möhkəmlənə bilib. Dünyanın güclü xüsusi təyinatlılarının ilk onluğunda bu ölkənin də adı var. Kəşmir problemini yaşayan Pakistan ötən il silaha 1,43 milyard dollar xərcləyib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM