Dünyanın heç bir ölkəsində cərimələrin məbləği əməkhaqqı və pensiya məbləği ilə ölçülmür. Bunu deputat Azay Quliyev deyib.
"Bəzi fikirlər var ki, cərimələrin sayının artırılması büdcəni doldurmaq üçündür. Həm də ictimai rəydə belə fikir formalaşıb ki, cərimələr maaş və pensiyalara uyğun olmalıdır. Dünyanın heç bir yerində belə qayda yoxdur. CƏrimə odur ki, qaydalara əməl edəsən", - deputat oktyabrın 18-də Milli Məclisdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən deyib.
Deputat bildirib ki, cərimələrin artırılması məsələsinin səbəblərini də araşdırmaq lazımdır. O, təklif edib ki, müvafiq qurumlar bununla bağlı arayış təqdim etməlidir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !