Anews.az xəbər verir ki, Elizabet Perriş Bio Viva elmi-tibbi mərkəzinin rəhbəridir. Elizabet planet tarixinə ilk geni dəyişdirilmiş insan kimi düşüb.
Orqanizmimizin telomer adlı xromosomları azalmağa başladıqca qocalma prosesi də sürətlənir. 2015-ci ildə isə Elizabetin orqanizminə öz istəyilə telomerin artıran maddə yeridilib. Lakin Perriş bədəni qocalmaqdan qoruyan bu maddənin əks təsirindən sığortalanmayıb. Yəni istənilən an telomerin artması iıə yanaşı, bədən iflic ola, ən pis halda isə ölə bilər. Perriş etiraf edir ki, bu addımı elm yolunda atıb. Təcrübə Kolumbiyada aparılıb. Çünki ABŞ-da insan üzərində aparılan bu təhlükəli addımlar cinayət sayılır.
Elizabetin təcrübəsinin nəticəsi - dünyanın ən cəsur qadınının bioloji yaşı 20 il gəncləşib.
Nədir axı qadınların bu gənclik, gözəllik sevdası? Ölümü belə gözə alıb, gənc qalmaq istəyənlər hələ də varsa, demək gözəllik var. (publika.az)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !