Aviaqəzadan sağ çıxan şəxs təyyarə bələdçisinin cəsarətindən danışıb

15:29 | 26.12.2024
Aviaqəzadan sağ çıxan şəxs təyyarə bələdçisinin cəsarətindən danışıb

Aviaqəzadan sağ çıxan şəxs təyyarə bələdçisinin cəsarətindən danışıb

Aktau yaxınlığında baş verən "Azerbaijan Airlines" təyyarə qəzasından sağ çıxan Yekaterinburq sakini Subxonkul Rəhimov TASS-a təyyarə bələdçisinin  kritik anlarda öz vəzifələrini mükəmməl şəkildə yerinə yetirdiyini, dözüm və cəsarət göstərdiyini bildirib.

"Pilotlara daha yaxın olan stüardessa özünü tez ələ aldı, baxmayaraq ki, vəziyyət çox dəhşətli idi. Amma o, özünü saxladı. Belə bir vəziyyətdə yerinə yetirməli olduğu bütün funksiyaları və vəzifələri yerinə yetirdi,” -  Rəhimov bildirib.
 
"Onun komandası ilə mən oturacağın arxasına söykəndim,” -  o əlavə edib.

Rəhimov vurğulayıb ki, stüardessa öz işini "əla şəkildə yerinə yetirdi”.
 
"Bir qadın sənə "sakit olun” deyəndə - xatırlayıram ki, orada bir kişi etiraz edirdi - təbii ki, sakitliyini qorumaq lazımdır. O, əsasən Azərbaycan dilində danışırdı və insanları sakitləşdirirdi,” -  Rəhimov agentliyə bildirib.

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti