Nazirlər Kabineti "Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kollegiyasının tərkibi"ni təsdiq edib.
"Report"un xəbərinə görə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Bədəlov Akim Bədəl oğludur.
Kollegiyanın üzvləri:
Məlikov Cəmil Əhməd oğlu-Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini
Yusifbəyli Nurəli Adil oğlu- Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini
Əhmədov İmran Əjdər oğlu- Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Aparatının rəhbəri
Süleymanov Anar Səfər oğlu-Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri
Xasıyeva Ülviyyə Qələndər qızı- Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri
Vəliyev Rizvan Şamı oğlu- Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki "Azalternativenerji" MMC-nin sədri.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !