Dövlət başçıları hansı mobil telefondan istifadə edirlər?

16:12 | 12.01.2015
Dövlət başçıları hansı mobil telefondan istifadə edirlər?

Dövlət başçıları hansı mobil telefondan istifadə edirlər?

Dövlət rəhbərləri də adi vətəndaşlar kimi gündəlik həyatda müasir kommunikasiya vasitələrindən, o cümlədən mobil qurğulardan aktiv istifadə edirlər.

Prezident və baş nazirlər xüsusilə "ağıllı telefon” sayılan smartfonlara meyl edirlər. Və bu zaman telefon elektronikasının aparıcı brendlərindən yararlanırlar.

Modern.az saytı xarici KİV-lərin məlumatları əsasında dünya liderlərinin günədlik və iş həyatında isitfadə etdikləri mobil telefonlarla bağlı yazı hazırlayıb.
Angela Merkel - ötən il Amerika xüsusi xidmət orqanlarının Almaniya kanslerinin telefonunu izləməsi ilə bağlı qalmaqal dünya gündəmində 1 nömrəli xəbər idi. Amma bu xoşagəlməz insident xanım Merkelin mobil telefondan isitfadə etmək planlarına mane olmayıb. Hazırda kansler 2 telefondan istifadə edir. O sədri olduğu Demokratik-Xristian İttifaqı Partiyasının üzvləri ilə danışarkən adətən "Nokia6260 Slide” markalı telefondan istifadə edir. Dövlət və beynəlxalq əhəmiyyətli zənglər üçün isə "BlackBerry Z10” smartfonun xidmətlərindən yararlanır.
Barak Obama - Kanadanın "BlackBerry” şirkəti ABŞ-la sıx əməkdaşlıq edir. Şirkət Pentaqona, Dövlət Departamentinə və Ağ Evə tədarük etdiyi smartfonların informasiya təhlükəsizliyi və konfidensiallığına təminat verir. Təsadüfi deyi ki, ölkə prezidenti Barak Obama da onun təhlükəsizliyini təmin edən xüsusi xidmətin məsləhəti ilə "BlackBerry Curve 8900” markalı smartfondan isitfadə edir.  
"Təhlükəsizlik səbəbindən mənə iPhone-dən istifadə etməyə icazə vermirlər”-deyə müsahibələrindən birində Amerika prezidenti etiraf edib.
Kim Çen In - Şimali Koreya lideri Kim Çen In dünyanın ən qapalı dünya başçılarından hesab olunur. Bununla belə, 2013-cü ildə Şimali Koreya Milli Təhlükəsizlik Şurasının iclasından yayılan fotolarda Kim Çen Inın mobil qurğudan istifadə etdiyi əks olunmuşdu. Həmin qurğunun daha çox Tayvanın HTC şirkətinin istehsal etdiyi "HTC Desire” smatrfonlarına bənzədiyi vurğulanırdı. Sonradan Şimali Koreya KİV-ləri Kim Çen Inın ailə üzvləri və partiyadaşları ilə əlaqə saxlamaq üçün doğurdan da mobil aparatadan isitfadə etdiyini təsdiqləsələr də, həmin aparatın adını çəkməkdən imtina etmişdilər.
Matteo Renzi - İtaliyanın baş naziri Matteo Renzi isə "Apple” şirkətinin fanatı hesab olunur. O hətta bir dəfə şirkətin təsisçisi olan Stiv Cobsu "müasir dünyanın Leoanrdo Da Vinçisi” adlandırmışdı. Hazırda Renzi "iPhone 6” markalı qadjetdən istifadə edir.
Nəvaz Şərif - Pakistanın baş naziri Nəvaz Şərif isə 3 mobil telefondan istifadə edir. Onlardan ikisi mobil qurğular bazarının liderləri olan "Apple” və "Samsung” şirkətlərinin məhsuludur. Lakin bu aparatlar nazirin şəxsi mülkiyyəti deyil və dövlət tərəfindən siyasi danışıqlar üçün istifadə olunur. Nəvaz Şərif şəxsi danışıqlarda özünə məxsus "BlackBerry 8830 World Edition” markalı telefondan istifadə edir.
Fransua Olland - Fransa prezidenti də italiyalı həmkarı kimi "Apple” məhsullarına üstünlük verir. Olland şəxsi telefonu olan "iPhone 6” vasitəsilə ailə üzvləri ilə əlaqə saxlayır. Bu telefon sırf onun şəxsi danışıqları üçün nəzərdə tutulub və xidməti danışıqlarda istifadə olunmur.
Maraqlıdır ki, Ollandın prezidentlik kürsüsündəki sələfi Nikola Sarkozi telefon danışıqlarının dinlənilməməsi üçün xüsusi təhlükəsizlik sisteminə malik "Teorem” telefonlarından istifadə edirdi. Lakin böyük ölçüləri və danışmaq üçün hər dəfə 30 saniyəlik fasilə gözləməyi tələb edən bu telefon prezident tərəfindən geri verilmişdi. Sarkozi səlahiyyət müddəti başa çatana qədər "BlackBerry” markalı telefondan istifadə edib.
Vladimir Putin - Rusiya prezidenti Vladimir Putin isə müsahibələrində heç zaman mobil telefonlardan istifadə etmədiyini bildirib.
"Əgər mənim mobil telefonum olsaydı, zənglərdən bir saniyə olsun susmazdı”-deyə prezident açıqlamlarından birində şikayətlənmişdi. Amma 2011-ci ildə Vladimir Putini Çinin ZTE  kompaniyasının istehsal etdiyi "MTS-Glonass 945” telefonu ilə görüntüləmişdilər. "Apple” şirkətinin "iPhone 4” androidinin funksiyalarını təkrarladığı deyilən qurğu Rusiya bazarında populyarlıq qazana bilmədi. Rusiya prezidenti Vladimir Putin isə bir daha "MTS-Glonass 945” telefonu ilə görüntülənmədi.
Dmitri Medvedev - Rusiyanın baş naziri Dmitri Medvedev isə ötən ilə qədər qızğın "Apple” həvəskarı sayılırdı. O, şirkətin həm smartfonundan, həm də planşetlərindən aktiv isitfadə edirdi. Lakin Qərblə Ukrayna böhranına görə soyuyan münasibətlər baş nazirin də ABŞ-a məxsus "Apple” şirkətinin məhsullarından imtina etməsinə səbəb oldu. Hazırda Dmitri Medvedev Rusiyanın Çinlə birgə istehsalı olan "Yota Devices” smartfonlarından istifadə edir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb