ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, artıq hər iki qız İtaliyadadır. Onlar özəl hökumət təyyarəsi ilə Romanın ikinci böyük hava limanı "Ciampino"ya aparılıblar, onları İtaliyanın xarici işlər nziri Paolo Qentiloni qarşılayıb.
"Anadolu" Agentliyinin yaydığı xəbərə görə, İtaliyanın Şimal Birliyi Partiyasının lideri Matteo Salvini iki gənc qızın sərbəst buraxılması müqabilində İtaliya dövlətinin İŞİD-ə 12 milyon Avro təzminat ödədiyini iddia edib. Xarici işlər naziri isə qızların necə əsirlikdən qurtarılması haqqında parlamentdə hesabatla çıxış edəcəyini bildirib.
Venessa Marzullo 21 yaşında, Qreta Ramelli isə 20 yaşındadırlar. Uzun müddət onlar haqqında heç bir məlumat verilməmiş, yalnız ötən il dekabrın 17-də onların müraciət videosu yayılmışdı. Qara geyimli, başları örtülü olan qızlar öz ölkələrinin rəhbərliyindən yardım istəyirdilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !