Qanun layihəsi səsvermə nəticəsində qəbul edilib.
“Təhsil haqqında” qanuna yeni 14.8-1-ci maddə əlavə edilib.
ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib.
Qanunun məzmununa görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Qeyd edək ki, qanun layihəsi səsvermə nəticəsində qəbul edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !