Dövlət Neft Fondu xarici valyuta satışını iki dəfə artırıb

16:22 | 02.02.2024
Dövlət Neft Fondu xarici valyuta satışını iki dəfə artırıb

Dövlət Neft Fondu xarici valyuta satışını iki dəfə artırıb

Azərbaycan Mərkəzi Bankının 2024-cü ilin yanvarında keçirdiyi hərracda valyuta satışı 417,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin dekabrındakı satışdan iki dəfə çoxdur. Bu barədə Mərkəzi Bank məlumat verib. 
     
Mərkəzi Bank həmçinin bildirib ki, tənzimləyici ötən ay hərraca müdaxilə etməyib və satılan bütün  məbləğin sahibi ölkənin Dövlət Neft Fondudur.
     
2023-cü ildə Neft Fondu Mərkəzi Bankın hərraclarında 2,7 milyard dollarlıq xarici valyuta satılıb.
     
Mərkəzi Bankın valyuta hərraclarında valyuta satışının əsas mənbəyi Azərbaycan Dövlət Neft Fondudur.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM