Dövlət qurumu işçi axtarır – 12 vakansiya

Maliyyə Bazarlarına Nəzarət Palatası 12 vəzifə üzrə vakansiya elan edib.
Bu barədə Palatadan bildirilib.
Qeyd olunan vakansiyalar bank fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət idarəsinin böyük analitiki, sığorta bazarına nəzarət sahəsi üzrə aparıcı mütəxəssis, informasiya texnologiyaları idarəsi - Sistem inzibatçısı, strateji təhlil və risklərin idarə edilməsi idarəsi – analitik, prudensial siyasət və metodologiya idarəsi – analitik (Kapital bazarları üzrə), hüquq və icraat departamentinin aparıcı Hüquqşünası/ böyük hüquqşünası, prudensial siyasət və metodologiya idarəsi – analitik (sığorta sahəsi üzrə), ödəniş sistemlərinə nəzarət sektoruna aparıcı analitiki/ böyük analitiki, maliyyə bazarları infrastrukturuna nəzarət idarəsinin analitiki/aparıcı analitiki, maliyyə bazarlarına nəzarət departamentinin Ticarət əməliyyatlarına nəzarət idarəsinin böyük analitiki, beynəlxalq əməkdaşlıq sektorunun böyük mütəxəssisi/ sektor müdiri, katiblik sektorunun müdiri vəzifələri üzrədir.
Namizədlərin öz CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.
Vakansiyalar üzrə son müraciət tarixi isə avqustun 26-dır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər