Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı artıb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 47 007 borcalana 2 milyard 802,6 milyon manat kredit verib. Bu barədə qurumun açıqlamasında bildirilib.
Məlumata görə, indiyə qədər 377,754 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 4 005 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (AİKZF) mənzillərin almaq hüququ ilə kirayə verilməsi mexanizmi çərçivəsində avqustda ölkə vətəndaşlarına 233 yeni mənzil təqdim edib
Fondun məlumatına görə, Abşeron rayonunda (Saray kəndi, Məhəmməd Əsədov küçəsi) yaşayış kompleksində 233 mənzil vətəndaşlara təklif olunur. Bu kompleksdə 1, 2 və 3 otaqlı tam təmirli mənzillər kirayə verilir.

Azərbaycan prezidenti İlham Əliyev 2017-ci il dekabrın 26-da "Azərbaycan İpoteka Fondu” ASC-nin ləğvi və Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Aytac Zeynalova
www.anews.az