Əbülfəs Qarayevdən lavaş açıqlaması

14:29 | 02.12.2014
Əbülfəs Qarayevdən lavaş açıqlaması

Əbülfəs Qarayevdən lavaş açıqlaması

"Reallıq odur ki, bu gün lavaş Ermənistanda bişirilir. Amma lavaş həm də Azərbaycanda və Türkiyədə bişirilir. Onun hər hansı millətə məxsus olması barədə söhbət gedə bilməz".

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Lavaşın bizim regionumuza məxsus olduğunu deyən nazir qeyd edib ki, YUNESKO-da baxılması üçün Ermənistan tərəfindən təqdim edilən sənəddə lavaş erməni çörəyi kimi qələmə verilib: "Lakin bu məsələ ilə bağlı həqiqət öz yerini tapıb. YUNESKO-nun bununla bağlı verdiyi qərara görə, lavaş bütün regionda hazırlanır və bu element ermənilərin eksklüziv çörəyi deyil".

Ә.Qarayev Azərbaycan mətbuatında bu məsələ ilə bağlı dərc edilən bəzi yazılara görə təəssüfləndiyini də söyləyib. O qeyd edib ki, belə yazılar düşmənlərimizin sevincinə səbəb oldu. Bu da çox təəssüfləndirici haldır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür