EBRD "Bank Respublika”nı növbəti dəfə "Azərbaycanın ən fəal emitent bankı” elan etdi!
"Bank Respublika – dinamik və dayanaqlı inkişaf edən
Azərbaycanın aparıcı banklarından biri” məhz bu sözlərlə Azərbaycan bankı Avropa
Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ermənistanın paytaxtı İrəvan şəhərində
mükafat alarkən təqdim edilmişdir.
Mükafat EBRD-nin 2023-cü ilin nəticələrinə həsr olunmuş İllik Toplantısı zamanı keçirilən mərasimdə
təqdim edilib.
Təqdim edilən mükafat EBRD və Bank
Respublika arasında ticarətin maliyyələşdirilməsi sahəsində əməkdaşlığın hər il
artan səmərəliliyinin göstəricisidir. Bu, həmçinin "Bank Respublika”nın mühüm tərkib
hissəsi xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi olan sahibkarlığa dəstək
missiyasını ölkəmizdə uğurla həyata keçirdiyini bir daha təsdiq edir.
Bank Respublika - geniş regional xidmət şəbəkəsinə malikdir və ölkənin 5 ən böyük bankından biridir. Beynəlxalq əməkdaşlığın inkişafı bankın fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bu gün bankın beynəlxalq tərəfdaşları arasında dünya üzrə 30-dan çox maliyyə institutu yer alır.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !