Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə bərpa olunan enerji, informasiya texnologiyaları ekosisteminin təkmilləşdirilməsi sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə olunub.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, müzakirələr EBRD-nin Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarovla Bankın birinci vitse-prezidenti Yurgen Rigterink arasında virtual formatda keçirilən görüşdə aparılıb.
"Azərbaycan Bankla əlaqələrin inkişafına önəm verir və EBRD ilə birgə həyata keçirilən layihələr üzrə qabaqcıl təcrübənin, innovativ texnoloji yeniliklərin ölkəmizdə tətbiqi xüsusilə əhəmiyyətlidir. EBRD-lə enerji, xüsusilə bərpa olunan və alternativ enerji, "Hökumət buludu” Məlumat Mərkəzi (G-Cloud) və s. kimi gündəlikdə duran pioritet layihələrin müzakirəsi vacibdir”, - Mikayıl Cabbarov deyib.
Yurgen Riqterink bildirib ki, ikitərəfli əməkdaşlıq portfelinin mühüm məsələləri əhatə edir: "Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüsləri tərəfdaşlığı stimullaşdırdırır. EBRD COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır”.
18:46
Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) çərçivəsində əməkdaşlığa dair məsələləri müzakirə edib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook” sosial şəbəkəsindəki hesabında yazıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !