Əcnəbi bloqerin əcaib fotosundan sonra Qız qalasında - FOTOLAR

09:50 | 08.05.2015
Əcnəbi bloqerin əcaib fotosundan sonra Qız qalasında - FOTOLAR

Əcnəbi bloqerin əcaib fotosundan sonra Qız qalasında - FOTOLAR

Fərqanə Novruzova

Bugünlərdə Bakının simvolu - Qız qalasına getmək, qalanın üstünə çıxıb foto çəkdirmək,  daha sonra onu sosial şəbəkələrdə yaymaq yaman aktuallaşıb. Yox, elə zənn etməyin ki, bu 34 gündən sonra Bakıda başlayacaq Avropa Oyunları ilə bağlıdır. Bəlkə də bağlıdır, amma dolayısı ilə...

Bilənlər üçün xatırladaq, bilməyənlər üçün isə qeyd edək ki, "İnstagram” sosial şəbəkəsinin "myassthetics” ləqəbli bloqeri bugünlərdə Bakıya gəlib və Qız qalasına çıxaraq lüt foto çəkdirib. Çox az zaman daxilində şəkil bütün sosial şəbəkələrdə yayılıb və Qız qalasının adı hər yerdə, özü də Adlıq formanın 6 halında hallanmağa başlayıb. 

Qısa zaman ərzində Qız qalasının adının daha da məşhurlaşması məni də bu tarixi abidəyə baş çəkməyə məcbur etdi. Ora getməyimin səbəblərindən biri də o idi ki, hansısa ölkənin vətəndaşı necə, hansı yolla asanca içəri keçib, lüt soyunub və bu az imiş kimi, foto da çəkdirib, sonra da onu yayıb.

Qız qalasına çatanda bilet kassasının qarşısında uzun növbə olduğunu gördüm. Növbədəki adamların əksəriyyəti xarici turistlər idi. İsti hər kəsi yamanca karıxdırmışdı, deyinən kim, istidən su butulkasını başına çəkən kim. Bilet üçün növbədə dayanmışdım, lakin fikrim məndən qabaq bilet alıb içəri keçən ziyarətçilərdə idi. Nədənsə qapının yanında, qalanın içərisindəki girişdə polis nəfərləri çoxluq təşkil edirdi. Polis əməkdaşları tək və çiynində fotoaparatla gələn ziyarətçiləri sorğu-sual edir, qrup halında buraya gəlib-gəlmədiklərini bilməyə çalışır, tək gələnlərin fotoaparatla içəri keçmələrinə maneçilk yaradırdılar.

Mən oradaca tanış olduğum xarici bir turistlə söhbətləşə-söhbətləşə içəri daxil oldum. Nəzarətçilər məni onlarla birgə gəldiyimi güman etdikləri üçün sorğulamadan biletimi yoxlayıb içəri buraxdılar. Qalanın otaqlarını gəzərkən tarixi eksponatların azlığı diqqətimi çəkdi. Halbuki, bir neçə il əvvəl, daha doğrusu uşaqlıq illərimdə vaxtaşırı olaraq buraya gəldiyim zaman gördüyüm eksponatların çoxunu görmədim. Sanki turistlər də narazı idilər. Bunu onların simalarındakı narazı ifadədən, mükəmməl bilməsəm də anladığım dillərindən anlamaq mümkün idi...

Sonda onu da qeyd edim ki, "myassthetics” ləqəbli bloqerin Qız qalasında lüt foto çəkdirən şəxslə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu araşdırmağa başlayıb. Qurumun mətbuat xidmətinin açıqlamasına görə, foto qurumun icazəsi olmadan çəkilib: "Bu haqda araşdırma aparılır. Bu adamın fotonu çəkməyə necə nail olduğunu aydınlaşdırmaq istəyirik. Qurum rəhbərliyi araşdırmanın nəticələri barədə təcili xəbər verəcək”.

Fotolar müəllifindir
 
 













































































































































































































































































 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM