"Report" "Sportes"ə istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Roberto Martines zədəli oyunçuların son durumu barədə danışarkən deyib.
46 yaşlı mütəxssis Azara görə narahat olduqllarını bildirib: "Real Madrid"in tibb mərkəzi ilə sıx əlaqədəyik. Edenə görə narahatıq. Təəssüf ki, "Mançester Siti" ilə vacib oyun öncəsi belə bir hal baş verdi. Çox məyusuq, çünki zədə onu minimum 3 ay futboldan kənarda qoya bilər. Azar kimi futbolçu hər zaman meydanda olmalıdır".
Təhlükəli ehtimallar özünü doğrultsa, 29 yaşlı hücumçu 12 iyun - 12 iyulda keçiriləcək AVRO-2020-ni buraxa bilər.
Qeyd edək ki, Eden Azar İspaniya La Liqasında XXV turun "Levante" ilə səfər oyununda zədələnib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !