Əflatun Amaşov deputatlığa namizəd olacaq

17:53 | 16.09.2015
Əflatun Amaşov deputatlığa namizəd olacaq

Əflatun Amaşov deputatlığa namizəd olacaq

Mətbuat Şurasının sədri Əflatun Amaşov parlament seçkilərində deputatlığa namizədliyini verəcək. 

O, Modern.az-a açıqlamasında bu barədə düşündüyünü deyib. 

Amaşovun fikrincə, Milli Məclisdə jurnalistika sahəsindən nə qədər çox deputat olarsa, mətbuatın indiki durumu, hansısa işlərin görülməsi, problemlərin daha asan həll edilməsi baxımından qərarların verilməsi mümkün ola bilər, müvafiq addımlar atıla bilər: 

"Bu baxımdan, parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürməyi düşünürəm”.

Əflatun Amaşov hansı seçki dairəsindən deputatlığa namizəd olacağını isə hələ dəqiqləşdirməyib: 

"Bunu hələ dəqiqləşdirməmişəm. Dairələrdən kimlərin namizəd olduğunu, kimlərlə qarşılacağımızı bilmək lazımdır. Buna uyğun da təbliğat aparmalıyıq”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM