Onların arasında uşaqlar da var.
Əfqanıstanın şərqindəki Kunar vilayətində qar uçqunu baş verib.
"Report” "Haber7”yə istinadən xəbər verir ki, bu barədə Kunar vilayətinin sözçüsü Əbdul Qəni Musammim məlumat verib.
Onun sözlərinə görə, həmin ərazidə iki gündən çoxdur yağan intensiv qar səbəbindən uçqun olub:
"Təbii fəlakət nəticəsində aralarında uşaqların da olduğu 10 nəfər ölüb, 1 nəfər isə yaralanıb".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !