Əfqanıstanda zəlzələdə ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB

16:26 | 22.06.2022
Əfqanıstanda zəlzələdə  ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB

Əfqanıstanda zəlzələdə ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB

Paktika əyalətinin Mədəniyyət və İnformasiya İdarəsinin rəhbəri Amin Xuzayfanın sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb. Təbii fəlakət zamanı daha 1500-dən çox insan isə yaralanıb. 

"Çox sayda kənd məhv olub”, - deyə Xuzayfa qeyd edib.
-------------------------
Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 920-yə çatıb.

BBC xəbər verir ki, bunu Taliban rəsmisi - təbii fəlakətlərin idarə olunması nazirinin müavini mətbuat konfransında deyib.
-----------------
İyunun 22-də erkən saatlarda Əfqanıstanda və Pakistanda 6.1 bal gücündə zəlzələ olduğunu bildirib. Zəlzələ nəticəsində azı 255 nəfər ölüb. Bu barədə ABŞ-ın Geoloji Xidməti  məlumat yayıb.

Talibanın başçılıq etdiyi Daxili İşlər Nazirliyinin rəsmisi bu məlumatı  təsdiqləyib. 

"Reuters” agentliyi zəlzələ sonrası yüzlərlə yaralının olduğunu yazır. Daha öncə ABŞ-ın "The Washington Post" qəzeti zəlzələdə 155 nəfərin öldüyünü yazıb.

Nangarhar və Xost vilayətlərində itkilər olu Titrəyişlər Pakistan, Əfqanıstan, Hindistanda 119 milyon əhalinin yaşadığı ərazidə, həmçinin Əfqanıstan paytaxtı Kabildə, Pakistan paytaxtı İslamabadda da hiss olunub.
 
Hadisə ilə bağlı geniş məlumat ictimaiyyətə hələ də açıqlanmayıb.
 

 

Ləman Qasımova

www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM