Bu həftə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının keçirilməsi gözlənilir.
Bu barədə AzVision.az-a komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, Əfv Komissiyası fasiləsiz işləyir və iclasları mütəmadi olaraq keçirilir.
Qeyd edək ki, bu günə qədər keçirilən 2 iclasda 200-dən çox müraciətə baxılıb. Komissiyaya 1000-dək müraciət daxil olub.
Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması gözlənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !