“Əfv olmayacaq” – AÇIQLAMA

11:37 | 27.05.2015
“Əfv olmayacaq” – AÇIQLAMA

“Əfv olmayacaq” – AÇIQLAMA


"28 May – Respublika Günü ilə bağlı əfv sərəncamı verilməyəcək". Bunu Modern.az saytına Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, xaql şairi Zəlimxan Yaqub deyib.

"Əfv sərəncamının verilməsi nə vaxt gözlənilir” sualına Zəlimxan Yaqub belə cavab verib: "Bu barədə məndə məlumat yoxdur və növbəti əfvin nə zaman baş tutacağı da bilinmir”.
Qeyd edək ki, Əfv Komissiyasının digər üzvləri bundan əvvəl 28 May – Respublika Günü ilə bağlı əfv sərəncamının imzalanacağını istisna etmirdilər.

"Bu günlərdə əfv sərəncamının imzalanacağını gözləmirəm. Amma əfv sərəncamı hər zaman ola bilər”.

Bu sözləri Modern.az saytına İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.

"28 May- Respublika Günün əfv sərəncamı imzalanmasa, bəs nə vaxt verilməsi gözlənilir” sualına cavabında Səadət Bənənyarlı bildirib ki, istənilən vaxt əfv sərəncamı imzalana bilər: "Əfv iyun ayında da verilə bilər.

Biz bilirik ki, Əfv Məsələləri Komissiyasında mütəmadi işlər gedir. Məncə, yaxın günlərdə əfv sərəncamının verilməsi üçün hazırlıqlar hələ başa çatmayıb. Bu haqda həm də siyasi qərar olmalıdır. Hər şey ölkə rəhbərindən asılıdır. Əfvin verilməsini biz də çox istəyirik və gözləyirik”.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM