Yeni qaydalar çərçivəsində borcalanların davranış modellərinə əsaslanan kreditləşmə mexanizmləri yaradılacaq.
Dəyişikliklər bankların proqnozlaşdırılan gəlirlərə əsaslanaraq fərdi sahibkarlara və fiziki şəxslərə kredit vermək imkanlarını artıracaq. Bununla yanaşı, davranış modeli üzrə verilmiş kreditlər üçün risklərin azaldılmasına dair limitlər və daha sərt kapital tələbləri müəyyən edilib. Banklar kredit portfelinin maksimum 10%-ni davranış modellərinə əsaslanan kreditlərə ayıra biləcəklər.
Qaydalara əsasən, 90 gündən çox gecikdirilmiş kreditlərin ümumi həcmi portfelin 10%-nə çatdıqda, model əsasında kreditlərin verilməsi dayandırılacaq. Bu yeniliklər müştərilərin kreditlərə əlçatanlığını artıraraq, kiçik və orta sahibkarlığın inkişafına dəstək olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !