2024-cü ilin on bir ayında əhalinin banklarda 14235,6 milyon manat əmanəti olub. Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı son hesabatda qeyd olunub.
2024-cü ilin on ayında əhalinin banklarda əmanəti 14266,0 milyon manat olub.
Eyni zamanda on bir ayda ölkədə kredit portfeli milli valyuta ekvivalentində 29066,8 milyon manat olub. Uzunmüddətli kreditlərin həcmi isə 24277,5 milyon manata bəabər olub.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,7%-ni təşkil edib.
Bundan əvvəl Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, cari ilin on ayında ümumilikdə əhalinin əmanətlərinin həcmi 1,3 milyard manat artıb ki, bu da rekord göstəricidir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !