Əhalinin gəlirləri artdı

19:21 | 11.07.2014
Əhalinin gəlirləri artdı

Əhalinin gəlirləri artdı

Bu ilin yanvar-iyun aylarında əhalinin gəlirləri artıb. ANS PRESS-in Dövlət Statistika Komitəsinə istinadala verdiyi məlumata görə, son 6 ayda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 17,8 milyard manata çatıb. Onun hər nəfərə düşən həcmi 3,3 faiz artıb.Əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz yüksəlib.Bu dövr ərzində gəlirlərin 70,2 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 18,0 faizi isə yığıma yönəldilib.Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 16,1 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,0 faiz çox vəsait qalıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür