Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrini təqdim edib.
Oxu.Az-ın xəbərinə görə, 2020-ci il və ortamüddətli dövrdə respublikanın milli iqtisadiyyat və iqtisadiyyatın başlıca sektorları üzrə Strateji Yol Xəritələrindən irəli gələn vəzifələrin icrası prioritet olacaq.
2019-cu ildə artım istiqamətlərinin maliyyə tutumu 2,3 milyard manata bərabər olmaqla, 4,2 milyon nəfəri əhatə edib.
Layihədə göstərilib ki, sosialyönlü siyasətin prioritetliyi 2020-ci ildə də saxlanılmaqla, bəzi sahələr üzrə əməkhaqlarının artırılması nəzərdə tutulur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !