Əhməd Davudoğlu Con Kerri ilə “erməni soyqırımı”nı müzakirə edib

12:49 | 11.04.2014
Əhməd Davudoğlu Con Kerri ilə “erməni soyqırımı”nı müzakirə edib

Əhməd Davudoğlu Con Kerri ilə “erməni soyqırımı”nı müzakirə edib

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, telefon söhbəti zamanı “erməni soyqırımı” məsələsi müzakirə olunub. Ə.Davudoğlu qeyd edib ki, ermənilər tərəfindən 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınmasını nəzərdə tutan layihənin ABŞ Senatına təqdim edilməsi Türkiyə hökumətinin narahatlığına səbəb olub.  Tərəflər həmçinin Suriya və Misirdəki proseslərə dair fikir mübadiləsi aparıblar. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür