Əkizlərin hərəsi bir ildə doğuldu

13:37 | 03.01.2014
Əkizlərin hərəsi bir ildə doğuldu

Əkizlərin hərəsi bir ildə doğuldu

ABŞ-da Yeni il gecəsi dünyaya gələn əkizlərin hərəsi bir ildə doğulub. Musavat.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Vaşinqtonda yaşayan Yaleni Santos Tohalino 31 dekabr 2013-cü il tarixdə saat 23.58-də Medstar Washington xəstəxanasında qız uşağı dünyaya gətirib. 3 dəqiqə sonra, yəni, 1 yanvar 2014-cü il tarixdə saat 00.01-də isə əkizlərin digər taya doğulub. 

Yeni il gecəsi Kanadada dünyaya gələn Salgueiro əkizləri də eyni taleni paylaşırlar. Torontoda Lindsay Salgueiro adlı qadının övladlarından biri 31 dekabr 2013-cü il tarixdə saat 23:52-də, digəri isə 1 yanvar 2014-cü il tarixdə saat 00.00.38-də dünyaya gəlib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM