• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Ekoaksiyada 90-cı gün: Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklər

Ekoaksiyada 90-cı gün: Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklər
11.03.2023 09:41
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, "Qızılbulaq” və "Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 90 gündür davam edir.

Hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, "Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.
2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ksenia Sobçak Sa­fa­rov qardaşlarının ölümünə etiraz edib
Siyasət 05:30
Ksenia Sobçak Sa­fa­rov qardaşlarının ölümünə etiraz edib
İran–İsrail müharibəsi zamanı Azərbaycan hədəf seçilib - Milli Məclis
Siyasət 04:59
İran–İsrail müharibəsi zamanı Azərbaycan hədəf seçilib - Milli Məclis

BMT Azərbaycanla Rusiya arasında gərginlikdən xəbərdardır
Siyasət 04:30
BMT Azərbaycanla Rusiya arasında gərginlikdən xəbərdardır
Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski saxlanılıb - Video - Yenilənib
Siyasət 22:30
Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski saxlanılıb - Video - Yenilənib
Yekaterinburq məhkəməsi Əhliman Gənciyevin həbs müddətini uzadıb
Siyasət 20:13
Yekaterinburq məhkəməsi Əhliman Gənciyevin həbs müddətini uzadıb
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Siyasət 19:20
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Zelenski İlham Əliyevə başsağlığı verib
Siyasət 19:00
Zelenski İlham Əliyevə başsağlığı verib
Rusiya "imperiya təfəkküründən" əl çəkə bilmir- Deputat/Şərh
Siyasət 17:46
Rusiya "imperiya təfəkküründən" əl çəkə bilmir- Deputat/Şərh
Azərbaycan Rusiyaya Yekaterinburqda vətəndaşlarının öldürülməsi ilə bağlı etiraz notası təqdim edib
Siyasət 17:39
Azərbaycan Rusiyaya Yekaterinburqda vətəndaşlarının öldürülməsi ilə bağlı etiraz notası təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol