• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

"​Qazprom" Azərbaycana ildə 2 mlrd. kubmetr qaz nəql edəcək

17.09.2015 13:08
Həmin qaz 2016-cı ildən Dağıstana nəql olunacaq

İlk xəbər saat 12:03-də verilib

Rusiyanın "Qazprom" ASC Azərbaycana gündə 10 mln. kubmetr, illik 2 mlrd. kubmetr qaz nəql edəcək. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib. 

R.Abdullayev qeyd edib ki, həmin qaz SOCAR-ın anbarlarına vurularaq saxlanılacaq.

"2016-cı ildən isə həmin qaz Dağıstana nəql olunaraq oranı qazla təmin edəcək. "Qazprom"la müqavilənin 10-15 gün ərzində imzalanması gözlənilir", - SOCAR başçısı əlavə edib.

"Qazprom"un böyük həcmdə artıq qaz həcmləri mövcuddur. Biz qərara gəldik ki, danışıqlar aparaq və həmin həcmləri qaz anbarlarımıza vuraq. İranla da artıq həcmləri gətirib anbarlarda yerləşdirilməsi məsələsi müzakirə olunub. Qaz anbarlarına rekord həcmdə - 3,5 mlrd. kubmetr qaz vurulub. Anbarın imkanlarını genişləndirmişik və ilkin mərhələdə pilot layihə kimi anbarın imkanlarını yoxlamaq istəyirik", - SOCAR prezidenti vurğulayıb. 

Qeyd edək ki, Rusiyanın "Qazprom" ASC sentyabrın 20-21-dən Azərbaycan Metanol Zavoduna (AzMeCo) qaz nəqlinə başlayacaq. Sentyabrın 11-də Bakıda AzMeCo ilə "Qazprom eksport" şirkətləri arasında müqavilə imzalanıb. Müqaviləyə görə, "Qazprom" ildə 2 mlrd. kubmetrə qədər təbii qazı AzMeCo-ya satacaq. Bu həcmdə qazla AzMeCo-nun Qaradağda yerləşən metanol zavodunun qaza olan tələbatı 100% təmin ediləcək.

Xatırladaq ki, illik istehsal gücü 720 min ton metanol olan AzMeCo-nun əsası 2007-ci ildə qoyulub və 2013-cü ilin dekabrında zavodda ilkin metanol istehsalına başlanılıb. Bu günə qədər AzMeCo 193 min ton məhsul istehsal edib, o cümlədən, 191 min ton metanol satışı həyata keçirilib. Nəticədə Azərbaycan 17 Avropa ölkəsi, İsrail və Türkiyə bazarlarında reallaşdırılan metanol satışı ilə 44,5 mln. manat məbləğində gəlir əldə edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Vergi statistikası Azərbaycanın iqtisadi artımını göstərir
İqtisadiyyat 08:07
Vergi statistikası Azərbaycanın iqtisadi artımını göstərir
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:40
Azərbaycan nefti bahalaşıb
Bu təhsil müəssisəsinə direktor təyin edilib
İqtisadiyyat 17:22
Bu təhsil müəssisəsinə direktor təyin edilib
ABB Tam Visa kartını təqdim etdi
İqtisadiyyat 16:47
ABB Tam Visa kartını təqdim etdi
Subway Azərbaycana gəlir
İqtisadiyyat 15:49
Subway Azərbaycana gəlir
İndi aviabiletlər də ABB Business-də alınır
İqtisadiyyat 14:32
İndi aviabiletlər də ABB Business-də alınır
Ötən il orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 12:58
Ötən il orta aylıq əməkhaqqı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
İqtisadiyyat 10:44
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol