• $
  • €
  • ₽
  • ₺
  • £

Bank of Baku alternativ satış kanallarına fokuslanır

Bank of Baku alternativ satış kanallarına fokuslanır
30.09.2015 13:40
Yenilikçi və çevik bank kimi tanınan Bank of Baku mütəmadi olaraq maliyyə bazarına yeni xidmətlər və məhsullar təqdim edir.

Bazara alternativ xidmət və satış kanallarını təqdim edən ilk banklardan biri olan Bank of Baku-nun gündəlik olaraq on minlərlə müştərisi banka gəlmədən müxtəlif əməliyyatlar aparır və xidmətlər alır. Qeyd edək ki, Bank of Baku qısa zamanda bank xidmətlərindən istifadəni asanlaşdıracaq bir sıra texnoloji yeniliklərlə müştərilərini sevindirməyə hazırlaşır.

Bank bazarında qeydə alınan yeni tendensiyalar bankları daha çevik və effektiv olmağa vadar edir. Belə ki, Bank of Baku ASC-nin səhmdarlarının qəbul etdiyi 3 illik "yeni persperktivlər” planı çərçivəsində bank dayanıqlı gəlirlilik və effektivliyi təmin etmək məqsədilə, bir müddət öncə Bankın İdarə Heyəti Sədrinin mətbuatda yayımlanan müsahibəsində də qeyd edildiyi kimi, filial şəbəkəsinin optimallaşdırılması prosesinə başlayır. Belə ki, optimizasiya prosesinə görə müxtəlif meyarlara görə seçilmiş və aşağıda qeyd olunmuş 3 filialın yaxınlıqda olan daha böyük filiallarla birləşdirmə qərarı verilmişdir. Bu proses çərçivəsində həmin filialların müştəriləri qeyd olunmuş yaxın filiallarda xidmət olunacaq, filialların əməkdaşları isə fəaliyyətlərini bankın digər filiallarında davam edəcəklər. Opitmallaşdırma prosesində iştirak edən 3 filialın əsas önə çıxan birləşdirilmə meyarları aşağıdakılardır.

* Kiçik həcminə görə işçilərin sayı az olan və bu səbəbdən müştərilərə xidmət operativ aparılmadığına görə tez-tez müştərilərin narazılığına və çoxsaylı şikayətlərə səbəb olan R.Behbudov küc. 17 ünvanında yerləşən "28 may” filialı yaxınlıqda olan Puşkin küc. 12/14 ünvanında yerləşən "S.Vurğun” filialı ilə birləşdirilir.

* Avtokreditlərin verilməsinə fokuslanan Babək pr., 2269-cu məhəllə ünvanında yerləşən "Babək” filialı bu kreditlərə azalan tələbatı nəzərə alınaraq yaxınlıqda olan Q.Qarayev pr. 59 ünvanında yerləşən "Neftçilər” filialı ilə birləşdirilir.

* Pilot layihə olaraq yeni açılmış, yerləşmə yerinə görə müştəri axını az olan Yeni Günəşli qəs., "D” Y/M, günəşli küç. ünvanında yerləşən "Yeni Günəşli” filialı isə yaxınlıqda olan Bakıxanov qəs., Gənclər 4081-ci məhəllə. ünvanında yerləşən "Bakıxanov” filialı ilə birləşdirilir.

Üstəlik, təsdiq olunmuş 3 illik plana görə növbəti bir il ərzində daha bir filialın bu proses çərçivəsində birləşdirilməsi və müştəri xidmətlərində alternativ və texnoloji kanalların istifadəsinin genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 3 illik plan çərçivəsində filial şəbəkəsinin optimallaşdırılması ilə yanaşı, biznes proseslərə yenidən baxılması və sadələşdirilməsi, alternativ və texnoloji satış kanallarının müştəri xidmətlərində daha geniş istifadəsi, risk menecment alətlərinin təkmilləşdirilməsi, yeni və innovativ qeyri-kredit məhsullarının yaradılması, kredit portfellərinin diversifikasiyası və real sektorun inkişafı üçün layihələr, məhsul əsaslı xidmətdən müştəri əsaslı xidmətə keçiş və digər mövzular ətrafında müxtəlif layihələr işlənəcək. Əsas hədəf daha çevik, daha innovativ, daha texnoloji və daha sağlam bank olmaqdır.

Hazırda Bank of Baku-nun məcmu kapitalı 107 mln AZN, (Mərkəzi Bankın məcmu kapitala tələbi 50 mln AZN), kapitalın adekvatlıq əmsalı 17%-ə yaxındır (Mərkəzi Bankın tələbi 12%-dir), likvid aktivlərin ümumi aktivlərə nisbəti isə 20%-ə yaxındır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan müəyyən ixrac daşımalarının xərcinin 70%-dək hissəsini qarşılayır
İqtisadiyyat 15:00
Azərbaycan müəyyən ixrac daşımalarının xərcinin 70%-dək hissəsini qarşılayır

Akif Quliyev: Su anbarlarında ehtiyatlar ötən illə müqayisədə 2,2 milyard kubmetr artıb
İqtisadiyyat 13:26
Akif Quliyev: Su anbarlarında ehtiyatlar ötən illə müqayisədə 2,2 milyard kubmetr artıb

Azərbaycanda ödəniş kartlarının sayı 23,4 milyona yaxınlaşıb
İqtisadiyyat 11:55
Azərbaycanda ödəniş kartlarının sayı 23,4 milyona yaxınlaşıb

Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:46
Qızıl və gümüş ucuzlaşıb
Onlayn kreditə müraciət edərkən dələduzluğa qarşı diqqətli olmaq lazımdır
İqtisadiyyat 11:19
Onlayn kreditə müraciət edərkən dələduzluğa qarşı diqqətli olmaq lazımdır
Azeri Light Crude Climbs to $127.6 per Barrel
İqtisadiyyat 11:00
Azeri Light Crude Climbs to $127.6 per Barrel
Gold and Silver Futures Retreat on COMEX Exchange
İqtisadiyyat 10:30
Gold and Silver Futures Retreat on COMEX Exchange
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
İqtisadiyyat 16:46
Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol