“Baku Business Factory” təşəbbüskarlıq mövzusunda biznes forum keçirəcək
Oktyabrın 10-da "Baku Business Factory”nin təşkilatçılığı ilə təşəbbüskarlıq mövzusunda biznes forum keçiriləcək. Trend-in məlumatına görə, Forumda dövlət rəsmiləri, bir çox yerli aparıcı şirkətlərin nümayəndələri, biznesmenlər, elm xadimləri və xarici mütəxəssislər iştirak edəcəklər.
Forumun əsas məqsədi Azərbaycanda son illərdə sürətlə inkişaf edən yeni biznes təşəbbüslərini təşviq etmək və bu sahədə dünya miqyasında uğurlar qazanmış şəxslərin öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaqdır.
Forum bu istiqamətdə atılan ilk addımdır və gənc təşəbbüskarların biznes biliklərinin artırılması üçün davamlı olaraq bu tərzdə forumlar, seminarlar və təlimlər keçiriləcək.
Xatırladaq ki, "Baku Business Factory” azərbaycanlı iş adamı, "Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin (www.anaralizade.com) təşəbbüsü ilə yaradılmışdır. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.
Daha ətraflı məlumat üçün BBF-in rəsmi saytına (www.bbf.az) daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadiyyat
17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat
13:37
“The Digital Banker” ABB-niAzərbaycanın ən yaxşı süni
intellekt əsaslı bankı seçib
İqtisadiyyat
13:18
Orta Dəhliz daşımaları üçün yeni konteyner gəmiləri 2027-ci ildə istismara verilə bilər
İqtisadiyyat
12:59
TRACECA: Orta Dəhlizdə tranzit müddətinin proqnozlaşdırılması və rəqəmsallaşma vacibdir