• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan istifadəçiləri üçün "Skype" vasitəsilə pulsuz zənglər

Azərbaycan istifadəçiləri üçün "Skype" vasitəsilə pulsuz zənglər
28.05.2020 22:48
"Microsoft” korporasiyası "Office 365” bulud xidmətinin Azərbaycan istifadəçilərinə "Skype” vasitəsilə pulsuz beynəlxalq zənglər həyata keçirmək imkanı təqdim edib.

Pulsuz "Skype” zənglərindən faydalanmaq üçün "Office 365 Personal” və ya "Office 365 Home” paketlərinə abunə olmaq lazımdır. Abunə olmaqla hər bir abunəçi dünyanın 60-dan çox ölkə və regionuna əlavə ödəniş olmadan ayda 60 dəqiqəlik pulsuz zəng əldə edir. Artıq "Skype” hesabı olan istifadəçilər www.office.com/myaccount səhifəsinə "Microsoft” hesabı vasitəsilə daxil olub müvafiq linkdən faydalanaraq pulsuz beynəlxalq zəng dəqiqələrini aktivləşdirə bilərlər. Əgər sizin "Skype” hesabınız yoxdursa, o zaman qeydiyyatdan keçərək müvafiq link vasitəsilə beynəlxalq zənglər üçün təqdim olunan dəqiqələri aktivləşdirə bilərsiniz. Nəticədə www.office.com/myaccount səhifəsində sözügedən əməliyyatın təsdiqi əks olunacaq. Daha sonra "Skype”da sadəcə nömrəni yığmaqla hər bir abunəçi asanlıqla dost və yaxınlarına zəng edə biləcək.

Qeyd edək ki, "Skype”da təqdim olunan pulsuz beynəlxalq zəng dəqiqələri xüsusi, təkmilləşdirilmiş və qeyri-coğrafi nömrələrə tətbiq edilmir. Onlar vasitəsilə fövqəladə zənglər etmək də mümkün deyil.

"Office 365 Personal” paketinə aylıq onlayn-abunənin qiyməti $5,99 (6,2 manat), "Office 365 Home” paketinə isə $7,99 (8,3 manat) təşkil edir. İllik abunə haqqı isə müvafiq olaraq $59,99 (62,9 manat) və $79,99-dır (83,9 manat). Əsas baza proqram məhsullarından sayılan və ənənəvi olaraq geniş populyarlıq qazanan "Office 365”-ə abunə olmaqla istifadəçilər ən yaxşı imkanlardan, "Office”in tam funksiyalar dəstindən, o cümlədən 1 Tb həcmə malik "OneDrive” bulud saxlancından yararlana bilərlər. "Office 365”ə abunə əldə etməklə istifadəçilər "Office” tətbiqlərinin bütün funksiyalarından fərqli cihazlarda faydalanan 7,1 milyondan çox aktiv abunəçilər qrupuna üzv olurlar.

Qeyd edək ki, "Office 365 Personal” və "Office 365 Home” istifadəçiləri il ərzində beynəlxalq telefon zəngləri üçün öz hesablarına dəfələrlə çox miqdarda vəsait xərcləyən sadə "Skype” istifadəçiləri ilə müqayisədə əhəmiyyətli məbləğdə pula qənaət edirlər.

"Microsoft” haqqında:

1975-ci ildə təsis edilmiş "Microsoft” Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir. "Microsoft” Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri. Əlavə olaraq, "Microsoft” onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. "Microsoft” Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azərbaycan” şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol