• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan prezidenti bir neçə yarımstansiyanın açılışında iştirak edib

Azərbaycan prezidenti bir neçə yarımstansiyanın açılışında iştirak edib
25.12.2015 17:47
Azərbaycan prezidenti İlham Əliyev Xəzər rayonunda 110 kilovoltluq "Buzovna-2”, 35 kilovoltluq "Sarıqaya”, "Fatmayı”, "Məhəmmədli”, eləcə də 221, 219, 86 və 87 saylı yarımstansiyaların açılışlarında iştirak edib.
APA-nın məlumatına görə, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlət başçısına məlumat verib ki, 110/35/10 kilovoltluq "Buzovna-2” yarımstansiyası 110/10 kilovoltluq "Buzovna dartı” yarımstansiyasının yerində inşa olunub.
 
"Buzovna-2” yarımstansiyası Buzovna, Zuğulba, Albalılıq qəsəbələrini, bir sıra dövlət əhəmiyyətli qurumları, həmçinin istirahət, turizm, tibb və digər obyektləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edir. Yarımstansiyada hər birinin gücü 40 meqavoltamper olan transformatorlar quraşdırılıb.
 
Dövlət başçısına animasiya, sxemlər, dron çəkilişlər, qrafiklər və digər əyani vasitələr əsasında paytaxtda və regionlarda görülən işlər barədə də məlumat verilib.
 
Sonra prezident İlham Əliyevə açılışı olan 35 kilovoltluq yarımstansiyalar barədə məlumat verilib. Dövlət başçısı "Buzovna-2” yarımstansiyasını işə salıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol