• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 11 bank ləğv olunur

Azərbaycanda 11 bank ləğv olunur
28.05.2020 22:15
Azərbaycanda 11 bank ləğv olunma prosesindədir.

ANN.Az-ın xəbərinə görə, Trend Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən məlumat verir ki, 2015-ci ilin yekunları üzrə belə bankların sayı 7 (2008-ci ildə lisenziyası geri çağırılmış "Poçtbank” və "Atlantbank”, "Debutbank” (2010-cu il), "Birlik Bank” (2011-ci il), "Royal Bank” (2012-ci il), "Evrobank” və "Azerbaijan Credit Bank”) idi.

Bundan başqa, Mərkəzi Bank 2016-cı ilin əvvəlindən daha 7 bankın lisenziyasını ləğv edib - "Bank of Azerbaijan”, "Gəncəbank”, "United Credit Bank”, "NBCBank”, "AtraBank”, Qafqaz İnkişaf Bankı və "Texnika Bank”.

"NBCBank” ASC Azərbaycan Mərkəzi Bankına müraciət edərək digər banklarla konsolidasiya niyyətinin olduğunu, maliyyə vəziyyətinin yaxşılaşdırılması, öhdəliklərin icrasının təmin edilməsi, eləcə də kapital mövqeyinin bərpası ilə bağlı tədbirlər həyata keçirildiyini bildirib. 

Qeyd olunanları, bütövlükdə konsolidasiya prosesinin bank sektorunun strateji inkişaf xəttinə uyğunluğunu nəzərə alaraq, AMB İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/3 nömrəli qərarı ilə "NBCBank” ASC-nin bank lisenziyasının ləğv olunması barədə qərar (25 yanvar 2016-cı il tarixli, 06/3 nömrəli) ləğv edilib. Qafqaz İnkişaf Bankı və "Atrabank”ın da analoji planları var. Belə olan halda, hazırda 11 bank ləğv olunma prosesindədir.

Qeyd edək ki, Azərbaycanda 36 bank fəaliyyət göstərir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol