• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbhə xəttindəki şəbəkəmizdə təkmilləşdirmə işləri davam edir

Cəbhə xəttindəki şəbəkəmizdə təkmilləşdirmə işləri davam edir
28.05.2020 20:42
Azercell Telekom MMC cəbhə xəttinə yaxın ərazilərdə yaşayan abunəçilərini kəsintisiz və keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə bu günlərdə həmin ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində iş aparır. Cəbhə xəttinə ən yaxın olan 70 stansiyanın hamısında 3G quraşdırılıb və bununla cəbhə bölgəsində Azercell-in 3G şəbəkəsinin əhatə dairəsi 30%-a qədər genişləndirilib.

Tərtər, Ağdərə, Ağdam, Füzuli, Naftalan, Göranboy rayonlarında  yerləşən "Azercell”ə aid Radio Baza Stansiyalarında şirkətin mütəxəssisləri tərəfindən ümumi audit inspeksiya aparılıb. Təhlükəsiz, keyfiyyətli rabitəni təmin etmək məqsədilə aşkarlanmış uyğunsuzluqlar qeydiyyata alınıb və dərhal aradan qaldırılıb. Azercell-in işçi qrupunun səyləri nəticəsində cəbhə xəttinə yaxın 25  stansiya avtonom rejimdə çalışan generatorlarla təchiz edilib. Artıq bu stansiyalar elektrik təchizatı olmadan belə çalışa bilir. Bununla da adı çəkilən ərazilərdə Azercell abunəçiləri tam keyfiyyətli rabitə ilə təmin olunublar. Hal-hazırda da təkmilləşdirmə işləri davam edir. 

Məlumat üçün qeyd edək ki, Azercell regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə ölkənin mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. 

Eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə görə, Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli Mobil İnternet siqnalı Azercell tərəfindən təmin olunur. Son il ərzində Azercell yalnız Bakı şəhəri boyu 3G şəbəkəsinin tutumunu 77%, ölkə üzrə isə ümumilikdə şəbəkəsini 25% gücləndirib. Bir sıra innovativ konsepsiyaları ilk olaraq Azərbaycana gətirən Azercell ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib. Şirkətin təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq laboratoriyaları yaradılıb.
 
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol