• $
  • €
  • ₽
  • ₺
  • £

Regionda ilk dəfə sürücüsüz daşıma Bakı Limanında tətbiq olunacaq

Regionda ilk dəfə sürücüsüz daşıma Bakı Limanında tətbiq olunacaq
28.05.2020 23:22
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (Bakı Limanı) Sinqapurda "SMRT International Pte" MMC və "Ectivise Solutions Pte" MMC ilə yeni Bakı Limanının əməliyyat səmərəliliyini gücləndirmək məqsədilə texniki əməkdaşlıq barədə anlaşma memorandumu imzalayıb.

QSC-dən Trend-ə verilən məlumata görə, memorandum Bakı Limanının baş direktoru Taleh Ziyadov, "Ectivise Solutions" MMC-nin baş icraçı direktoru Artur Çeonq və "SMRT International" MMC-nin icraçı direktoru Qoh Enq Kiat tərəfindən imzalanıb.

İki Sinqapur şirkəti Bakı Limanında və Azad ticarət zonasının əməliyyatlarında Qrup Avtomatik Tranzit Sistemi (süni intellektlə sürücüsüz idarə olunun nəqliyyat vasitəsi), Vahid Əməliyyat və Nəzarət Mərkəzi, Avtomatlaşdırılmış Anbar və Axtarış Sistemi, Portal Təhlükəsizlik Sistemi və digər yeni texnologiya və innovativ sistemlərin təqdim edilməsi istiqamətində dəstək verəcəklər. Bu əməkdaşlıq nəticəsində regionda ilk dəfə sürücüsüz daşıma, yəni öz-özünü idarə edən və süni intellektə sahib nəqliyyat vasitələrinin istifadəsi də məhz Bakı Limanında tətbiq olunacaq.

T.Ziyadov vurğulayıb: "Bu memorandum Bakı Limanına Xəzər regionunda nümunəvi və texnoloji baxımdan ən müasir limana çevrilmək məqsədinə daha tez çatmağa kömək edəcək. Biz Bakı Limanının müştəriləri və istifadəçiləri üçün ekoloji cəhətdən təmiz texnoloji həllərin yaradılması missiyasında sinqapurlu tərəfdaşlarımızın dəstəyini yüksək qiymətləndiririk".

Sinqapurda ilk vahid ictimai metro, avtobus və taksi idarəetmə sistemi quran "SMRT International" MMC "SMRT Korporasiya" MMC-nin tam mülkiyyətində olan törəmə şirkətdir. "SMRT International" əməliyyatlar və təmir, mühəndislik, konsaltinq və layihə idarə edilməsi üzrə beynəlxalq səviyyədə ixtisaslaşıb. "Ectivise Solutions" geniş miqyaslı şəbəkə planlaşdırılması, Passiv Optik Şəbəkələr və İnteqrasiya olunmuş Optik Magistral Arxitekturası kimi İKT yönümlü infrastruktur texnologiyaları üzrə peşəkar xidmətlər göstərir.

Azərbaycan hökuməti hazırda Bakının Ələt qəsəbəsi yaxınlığında özündə nəqliyyat və logistika sənayesi, əczaçılıq klasteri, ümumi istifadə üçün neft təchizatı bazası obyektləri, o cümlədən emal etmə, qablaşdırma və etiketləmə ərazilərini birləşdirən Azad ticarət zonası da daxil olmaqla müasir liman kompleksi inşa etməkdədir. Bu, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində qurulan mərkəz strategiyanın ("hub" strategiyası) bir hissəsidir. Avropa və Asiyanın qovşağında, Çin, Türkiyə, İran və Rusiya kimi böyük bazarların yaxınlığında yerləşən yeni Bakı Limanı Avrasiyanın aparıcı ticarət və logistika qovşağına çevrilməyi hədəfləyir.

Qeyd edək ki, "SMRT International Pte" MMC və "Ectivise Solutions Pte" MMC mütəxəssisləri yeni Bakı Limanına səfər ediblər, Ələt terminalı və onun ətrafında yaradılması nəzərdə tutulan Azad ticarət zonasının ərazisi ilə tanış olublar.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol