• $
  • €
  • ₽
  • ₺
  • £

"Fitch" rekorda imza atıb

"Fitch" rekorda imza atıb
08.07.2016 12:41
 "Fitch" beynəlxalq reytinq agentliyi 2016-cı ilin birinci yarısında rekorda imza atıb.
 
"APA-Economics" xəbər verir ki, hesabat dövründə agentlik 15 ölkənin suveren kredit reytinqini aşağı salıb.
 
Agentliyin yaydığı xəbərdə deyilir ki, əksər suveren reytinqlərinin endirilməsinə səbəb neftin ucuzlaşmasıdır. Belə ki, reytinqi aşağı salınan ölkələr arasında Yaxın Şərq və Afrika ölkələri üstünlük təşkil edir ki, onların da iqtisadiyyatı birbaşa neftdən asılıdır. Ümumilikdə ilin əvvəlindən "Fitch" 22 neqativ proqnoz verib ki, bunun da 10-u Yaxın Şərq və Afrika ölkələrinin payına düşür.
 
Bundan öncə rekord 2011-ci ildə qeydə alınıb. O zaman agentlik il ərzində 20 ölkənin suveren reytinqini endirib.
 
Agentlik qeyd edir ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan sonra krallığın reytinqinin "AA+" səviyyəsindən "AA"-dək endirilməsi tamamilə qanuna uyğundur. Xatırladaq ki, reytinq üzrə proqnoz "mənfi"dir.
 
Qeyd edək ki, bu ilin fevralın 26-da "Fitch" Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib. Reytinq üzrə proqnoz "mənfi"dir. Agentliyin açıqlamasında deyilir ki, buna səbəb neftin ucuzlaşmasıdır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol